

14 Oktyabr 14:55
Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikilib təhvil veriləcək.
“APA-Economics” xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O bildirib ki, bu ildən sözügedən binaların artıq tikintisinə başlanılıb:
O bildirib ki, 800-dən çox mənzil istifadəyə veriləcək və 3 minə yaxın insan bu mənzillərə köçürüləcək: “İşlər tender əsasında həyata keçirilir. Hazırda 22 binanın tikintisini “Kristal Construction” həyata keçirir”.
Aydın Kərimov vurğulayıb ki, indiyə qədər Şuşaya 1411 nəfər köçürülüb və ümumilikdə ikinci qayıdış planına qədər 8 min nəfərin köçürülməsi planlaşdırılır.
Aydın Kərimov həmçinin əlavə edib ki, Şuşaya səfər edənlərin sayı artır: "Bu il ərzində Şuşaya 430 min turist səfər edib və 23 min nəfər gecələyib".