Göyçayda avtomobil kanala aşıb, ölən var Hadisə 17 Oktyabr 12:56 945 Göyçayda minik maşını kanala aşıb. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə bu gün rayonun Dövranlı kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşını kənd ərazisindən keçən Şirvan kanalına aşıb. Sürücü 1965-ci il təvəllüdlü Habil Talıbovun meyiti sudan çıxarılıb. Araşdırma aparılır.