Şəmkirdə mikroavtobus piyadanı vuraraq öldürüb Hadisə

Şəmkirdə mikroavtobus piyadanı vuraraq öldürüb

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi yolu qarşı tərəfə keçmək istəyən zaman hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus onu vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.