Ağdərədə betonqarışdıran maşın aşıb, sürücü ölüb Hadisə

Ağdərədə betonqarışdıran maşın aşıb, sürücü ölüb

Ağdərədə "HOWO" markalı yük maşını aşıb, sürücü ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Çıldıran kəndi ərazisində baş verib.

Belə ki, hadisə nəticəsində betonqarışdıran maşının sürücüsü 1968-ci il təvəllüdlü Qocamanov Hafiz həyatın itirib.

Faktla bağlı araşdırma aparılır.