Azərbaycan və Qazaxıstan Ali məhkəmələri arasında memorandum imzalanıb
Azərbaycanın Omandakı səfirliyinin binasının rəsmi açılış mərasimi olub
Azərbaycanla Türkiyə arasında sığorta sektoru üzrə Anlaşma Memorandumu imzalanıb
Azərbaycan səfirliyi Montoneqroda iğtişaşları diqqətlə izləyir, zəruri tədbirlər görür
Azərbaycan və Belarusun Baş nazirlərinin müavinləri Ağdamda tikinti işləri ilə tanış olublar
14:26
924
Son dövrlərdə bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli keçidlərə daxil olmaq nəticəsində “WhatsApp” istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdləri artıb.
Bu barədə "APA-Economics"ə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Məlumata görə, kiberdələduzlar bu üsuldan istifadə edərək vətəndaşlara SMS vasitəsilə göndərilən təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar. Bu kodlar paylaşıldığı halda istifadəçilərin “WhatsApp” hesabları oğurlanır. Daha sonra onların adından yaxınlarına saxta mesajlar göndərilir. Beləliklə, həmin şəxslərin maliyyə vəsaiti və şəxsi məlumatlarının ələ keçirilməsinə cəhdlər edilir.
ETX vətəndaşlara bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:
* Tanımadığınız nömrələrdən gələn linkləri açmayın.
* Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.
* OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin.
* Tətbiq ayarlarında ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirin.
* Şübhəli hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə müraciət edin.
* Profil məlumatlarını (son görülmə, profil fotosu, status və s.) yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın.
* Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə edən şəxsləri belə dələduzluqlar barədə məlumatlandırın.