Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb Hadisə

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb

Monteneqronun paytaxtı Podqoritsada türk vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Azərbaycan vətəndaşı dünən axşam saatlarında azad olunub.

Polisin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub.

Xatırladaq ki, bir müddət əvvəl Monteneqronun paytaxtı Podqoristada bıçaqlı insident baş verib. İnsidentin iğtişaşlara çevrilməsi fonunda bir qrup şəxs Monteneqro hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlanılanlar arasında Türkiyə vətəndaşları da olub. Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyi və Monteneqrodakı diplomatik ofisi Azərbaycan vətəndaşının vəziyyətini diqqətdə saxlayıb, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Monteneqro Ombudsmanına müraciət edib.