Baş katib: Zəngəzur dəhlizi TRASEKA-nın çox vacib marşrutudur Hadisə

Baş katib: Zəngəzur dəhlizi TRASEKA-nın çox vacib marşrutudur

İlk növbədə Azərbaycan tərəfinə bu səfərin təşkilinə görə minnətdaram.

Bunu Zəngilanın Ağbənd qəsəbəsində dəmir və avtomobil yolları ilə bağlı görülən işlərlə tanış olan TRASEKA-nın Baş katibi Aset Asavbayev APA-ya açıqlamasında deyib.

Zəngəzur dəhlizini mənalı layihə adlandıran Baş katibi uzunluğu 110 kilometr olan Horadiz-Ağbənd dəmir yolunda tikinti işlərinin aktiv şəkildə davam etdirildiyi və yolun 67 km-də işlərin başa çatdığını bildirib.

O, Azərbaycan tərəfinin layihəni praktiki olaraq baş çatdırmasından məmnunluğunu ifadə edib:

“Mən əminəm ki, Avropa ilə Asiyanı, əlbəttə ki, ən önəmlisi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması bütövlükdə Azərbaycanın regional nəqliyyat habı kimi statusunun hiss olunacaq dərəcədə artmasına gətirib çıxaracaq. Düzünü desəm çox təsirləndim. Qeyd etmək istərdim ki, Zəngəzur dəhlizi TRASEKA-nın çox vacib marşrutudur”.