Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olunub- FOTO - VİDEO Hadisə

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olunub- FOTO - VİDEO

Xəzər dənizində xilasetmə işləri həyata keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, DSX-nin Sahil Mühafizəsi Xəzər dənizində üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini uğurla davam etdirir.

Oktyabr ayının 31-də saat 15:35-də Sahil Mühafizəsinin Astara sahil nəzarəti şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində 3 nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olmuşdur.

Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçmiş və operativ şəkildə hadisə yerinə çatmışdır.

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 17:15-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan Respublikası vətəndaşları, Astara rayon sakinləri – 1980-cı il təvəllüdlü Ağabalayev Ruhid Murtuza oğlu, 1985-ci il təvəllüdlü Həsənov Namik Xanhüseyn oğlu və 1974-cü il təvəllüdlü Həsənov Arif Sürət oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılmışdır.

Xəzərdə xilasetmə işləri həyata keçirilib - FOTO Xəzərdə xilasetmə işləri həyata keçirilib - FOTO