“Zəfər paradı strateji həmrəyliyin simvolu kimi idi”
9 Noyabr 10:54
9 Noyabr 10:54
8 Noyabr 10:28
12:34
1 253
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin təşəbbüsü ilə Xüsusi Təyinatlı Qüvvələrin qaziləri, Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun evini və məzarını ziyarət ediblər. Ziyarət zamanı qazilər Milli Qəhrəmanın anası Vahimə Teymurova ilə görüşərək, onun ayaqları altında iki qurban kəsiblər.
Daha sonra qazilər, Pəncəli Teymurovun ev muzeyini və məzarını ziyarət edərək, döyüş xatirələrini bölüşüblər.
Xatırladaq ki, Pəncəli Teymurov 2016-cı ildə Aprel döyüşlərində şəhid olub və göstərdiyi qəhrəmanlığa görə 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı ilə təltif edilib.
Pəncəli Teymurov 1981-ci ilin 24 martında Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986–1998-ci illərdə Astara rayonu, B. Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub.
Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları — Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında iştirak etmiş və 3 aprel 2016-cı ildə döyüşdə həlak olmuşdur.
Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və iyirmidən çox hərbçi məhv edilmişdi.
11 aprel 2016-cı ildə doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib.
Milli Qəhrəman Pəncəli Teymurov, Azərbaycan Respublikasının hərbi tarixində öz yerini tapmış və qəhrəmanlığı ilə gələcək nəsillərə örnək olmuş bir şəxsiyyət olaraq yaddaşlarda qalacaq. O, həmçinin Xüsusi Təyinatlı Qüvvələrin və Azərbaycanın ordusunun əfsanələrindən biri olub.



