Mariya Zaxarova NATO ilə müharibənin başlanacağı ilə bağlı açıqlamaya münasibət bildirib
Erməni katolikosunun qardaşı və qardaşı oğlu barəsində cinayət işi məhkəməyə göndərilib
AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edir
Emin Əmrullayev: SAF-ın növbəti ildən ayrı bir fənn kimi tədris edilməsini planlaşdırırıq
10:24
546
2025-ci il oktyabr ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 438.8 min baş, xirdabuynuzlu heyvanların sayı isə 6 milyon 763.7 min baş təşkil edib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2024-cü ilin oktyabr ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 2% və ya 50.5 min baş, xırdabuynuzlu heyvanların sayı isə 3.5% və ya 242 min baş azalıb.
Qeyd edək ki, iribuynuzlu heyvanların sayı ən çox Sabirabad (121 878 baş), Bərdə ( 108031 baş) və Cəlilabad ( 92 499 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan ( 278 178 baş), İmişli ( 252 482 baş), Quba ( 241 574 baş) rayonlarındadır.
Nəzərə alaq ki, bu ilin 9 ayında ölkəyə diri qoyun və keçi idxalı 271 971 baş, diri iribuynuzlu heyvanların idxalı isə 89 610 baş təşkil edib.
Azərbaycanda 2025-ci ilin yanvar-oktyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 492,1 min ton ət istehsal edilib.