Böyük Britaniya Kiprdə bazanı qorumaq üçün esmines göndərəcək
Tehran bombardmanlar nəticəsində evini itirənləri otellərdə yerləşdirir
İİKK: İran Bəhreyndə ABŞ-ın Şeyx İsa hərbi bazasına raket zərbələri endirib
ABŞ və İsrailin Fars vilayətinə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 59-a çatıb
17 Noyabr 2025 12:33
1 680
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (01.11.2025-16.11.2025) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 265 piyada əleyhinə mina, 127 tank əleyhinə mina, 3207 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 2894.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib