Anar Quliyev: Azərbaycan uzun müddətdir ki, şəhərsalma sahəsində ciddi islahatlar həyata keçirir Hadisə

Anar Quliyev: Azərbaycan uzun müddətdir ki, şəhərsalma sahəsində ciddi islahatlar həyata keçirir

"Azərbaycan artıq uzun müddətdir ki, şəhərsalma sahəsində ciddi islahatlar həyata keçirir və eyni zamanda beynəlxalq gündəmə öz töhfəsini verir".

APA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev deyib.

O bildirib ki, WUF13-ə hazırlıq çərçivəsində BMT-nin xüsusi təşkilatları ilə əməkdaşlıq edilir:

“Bir neçə ildir ki, Milli Şəhərsalma Forumunu keçiririk və bu forumda bütün regionu maraqlandıran məsələlər müzakirə olunur, həllər təklif edilir. İnsan mərkəzli, ağıllı şəhərlər üzrə qaydalar hazırlamaq təşəbbüsü irəli sürülüb. Azərbaycanın bu sənəd üzrə ekspert qrupuna iki mütəxəssisi daxil olub. Bu proses artıq başa çatıb və təqdimat mərasimi ilin sonunda Bakıda keçiriləcək. Azərbaycan həmçinin “Un-Habitat” təşkilatında hökumətlərə yardımçı qrupun rəhbəri seçilib və bu vasitə ilə öz təcrübəsini beynəlxalq aləmdə paylaşmağa çalışır. Təbii ki, gələn il WUF13 (Dünya Şəhərsalma Forumunun 13-cü iclası) əsas mövzusu məişət problemləri olacaq. Burada da Azərbaycan bir sıra layihələr üzrə təcrübəsini təqdim edə biləcək”, - Anar Quliyev qeyd edib.