“Status Sığorta Brokeri” MMC-yə icrası məcburi göstəriş verilib
Con Herbst: Vaşinqtonun iştirakı dəhlizlə bağlı mübahisəli məqamı neytrallaşdıra bilər
Dövlət Bağçalı İmralı həbsxanasında Öcalanla görüşməyə hazır olduğunu bildirib
Komitə sədri: Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh irəliləyişini alqışlayır
11:04
532
Ötən ay Azərbaycan dünyada sabit genişzolaqlı internetin orta sürətinə görə, sentyabr ayına nisbətən 1 pillə geriləyərək 156 ölkə arasında 84-cü olub.
"APA-Economics" "Ookla" şirkətinin "Speedtest Global Index" hesabatına istinadən xəbər verir ki, oktyabrda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 84,82 (Mb/s) təşkil edib.
Siyahıda sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (406,14 MB/S), axırıncı yeri isə Suriya (3,51 MB/S) tutub.
Mobil internetin orta sürətinə görə isə, Azərbaycan ötən ay sentyabra nisbətən 1 pillə geriləyərək 104 ölkə arasında 53-cü yerdə qərarlaşıb.
Məlumata görə, oktyabrda ölkədə mobil internetin orta sürəti 79,94 (Mb/s) olub.
Mobil internet sürətinə görə birinci yeri ABŞ (652,87 Mb/s), sonuncu yeri isə Boliviya (13,96 Mb/s) tutub.
Ötən ay Bakı şəhərinin sabit genişzolaqlı internetin orta sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 4 pillə geriləyərək 201 şəhər arasında 116-cı olub.
Oktyabrda paytaxtda sabit genişzolaqlı internetin orta sürəti 85,02 Mb/s təşkil edib.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Çilinin Valparaiso şəhəri (417,99 Mb/s) başçılıq edib. Sonuncu pillədə Suriyanın Hələb (2,75 Mb/s) qərarlaşıb.
Oktyabrda Bakı mobil internetin orta sürətinə görə, reytinqdə 2 pillə irəliləyərək 150 şəhər arasında 79-cu olub. Paytaxtda mobil internetin orta sürəti 101,66 Mb/s təşkil edib.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (726,55 Mb/s), sonuncu yeri Boliviyanın La Paz şəhəri (9,72 Mb/s) tutub.