Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu Hadisə

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

Astara RPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozan “VAZ 21154” markalı avtomobilin sürücüsü Vurğun Əlizadə saxlanılıb.
Yoxlama zamanı onun sürücülük hüququnun olmadığı müəyyən edilib. Davranışları şübhə doğurduğundan tibbi müayinəyə göndərilib, müayinədə onun psixotrop maddə qəbul etdiyi aşkarlanıb
Barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Əlizadə 30 gün inzibati qaydada həbs edilib.