33 kosmetoloji klinikada yoxlamalar aparılıb, hamısında nöqsanlar aşkarlanıb Hadisə

33 kosmetoloji klinikada yoxlamalar aparılıb, hamısında nöqsanlar aşkarlanıb

2025-ci ilin son 10 ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 33 kosmetoloji klinikada planlı və plandankənar yoxlamalar keçirilib. Yoxlanılan bütün klinikalarda nöqsan aşkar edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən cavab verilib.

Kosmetoloji klinikada lisenziya olmadan iş və fəaliyyət (23 hal), lisenziyadan kənar iş və fəaliyyət (4 hal), sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma (4 hal), sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma (1 hal), lisenziya şərtləri sualı üzrə (1 hal - protokol tərtib edilməyib) müəyyən nöqsanlar aşkar edilib.

Qeyd olunub ki, aşkar edilən hallar üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, müvafiq icraata göndərilib.