Bakıda hotelin 4 işçisini cərəyan vuraraq öldürüb, hadisənin necə baş verdiyi məlum olub - YENİLƏNİB-1 - FOTO Hadisə

Bakıda hotelin 4 işçisini cərəyan vuraraq öldürüb, hadisənin necə baş verdiyi məlum olub - YENİLƏNİB-1 - FOTO

Bakıda hotelin 4 əməkdaşı elektrik xəttinə təmas nəticəsində cərəyan vurması nəticəsində ölüb.

APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, şahidlərin sözlərinə görə, faciə dəmir konstruksiyanın yerini dəyişərkən baş verib.

Əməkdaşlar şüşələri yumaq üçün dəmir nərdivanı aparan zaman konstruksiya yüksək gərginli naqillərə toxunub. Bu zaman cərəyan dörd nəfəri vuraraq öldürüb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:35-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən cərəyanvurma hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb.

Saat 12:00-da təcili tibbi yardım briqadası çağırış ünvanına çatıb. Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

14.29

Baş Prokurorluq Bakıda 4 nəfərin cərəyan vurması nəticəsində ölməsi barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən "Lake Hotel"in qarşısında baş verib.

"Lake Hotel"in işçiləri 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

***

13.28

Bakının Binəqədi rayonunda yerləşən hotelin yaxınlığında 4 nəfər cərəyan vurması nəticəsində ölüb.

APA xəbər verir ki, hadisə bu gün qeydə alınıb.

Hadisə nəticəsində ölən Emil Quliyev, Əkbər Zeynalov, Cavidan Muradlı və Eltac Əliyevin hotelin əməkdaşları olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilkin olaraq "Qafqazinfo" məlumat yayıb.

Bakıda hotelin 4 işçisini cərəyan vuraraq öldürüb, hadisənin necə baş verdiyi məlum olub  - YENİLƏNİB-1  - FOTO  - VİDEO Bakıda hotelin 4 işçisini cərəyan vuraraq öldürüb, hadisənin necə baş verdiyi məlum olub  - YENİLƏNİB-1  - FOTO  - VİDEO Bakıda hotelin 4 işçisini cərəyan vuraraq öldürüb, hadisənin necə baş verdiyi məlum olub  - YENİLƏNİB-1  - FOTO  - VİDEO Bakıda hotelin 4 işçisini cərəyan vuraraq öldürüb, hadisənin necə baş verdiyi məlum olub  - YENİLƏNİB-1  - FOTO  - VİDEO Bakıda hotelin 4 işçisini cərəyan vuraraq öldürüb, hadisənin necə baş verdiyi məlum olub  - YENİLƏNİB-1  - FOTO  - VİDEO