25 Noyabr 14:38
25 Noyabr 14:23
25 Noyabr 13:19
XİN: Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə edilmir
ADB: Azərbaycanda həm dövlət, həm də özəl şirkətlərə investisiya etməyə hazırıq
Rutte: Ukraynada müharibənin dekabradək başa çatmasını gözləyirik
ADY sədri: MDB ölkələri arasında əməkdaşlıq regionun iqtisadi inteqrasiyasının əsas amillərindəndir
12:07
133
MDB ölkələri arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq regionun iqtisadi inteqrasiyasının əsas amillərindən biridir. Bu əməkdaşlığın genişləndirilməsi, xüsusilə də dəmir yolu nəqliyyatında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi təkcə ölkələrimizin deyil, bütövlükdə regionun davamlı inkişafına töhfə verir.
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının plenar iclası zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib.
"Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində qəbul edilən birgə qərarlar, həmçinin vahid texniki və əməliyyat standartlarının tətbiqi yüklərin daşınmasının optimallaşdırılmasında və tranzit potensialının səmərəli istifadəsində mühüm rol oynayır. Əminik ki, belə əlaqələndirilmiş fəaliyyət regionun nəqliyyat zəncirinin dayanıqlığını və rəqabətqabiliyyətini artırır", - Rövşən Rüstamov qeyd edib.
Onun sözlərinə görə, əməliyyatların rəqəmsallaşdırılması, mərkəzləşdirilmiş tranzit sistemlərindən istifadə və daşımaların real vaxt rejimində izlənilməsi kimi texnoloji həllər bu prosesin əsas tərkib hissəsidir. “Azərbaycan Dəmir Yolları” bu sahədə bir sıra innovativ layihələr həyata keçirir.