İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
26 Noyabr 2025 13:12
2 135
Bakıda turistə məxsus pul vəsaitinin oğurlanması ilə bağlı şübhəli şəxs müəyyən olunub.
APA xəbər verir ki, ötən gün 1991-ci il təvəllüdlü xarici vətəndaşın 1600 manat, 60 ABŞ dolları və 80 funt sterlinq məbləğində pulunun oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Səbuhi Salmanzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, şübhəli şəxs dostunun sosial şəbəkələr vasitəsilə tanış olduğu turistin kirayə yaşadığı mənzilə gələrək pul vəsaitini oğurlayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində oğurluq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 330
25 Mart 15:03
1 344
