İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
27 Noyabr 2025 10:32
1 757
Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin tədbirlərində iştirak etməkdə maraqlıdır.
Bu sözləri Türk Dövlətləri Təşkilatının Media və informasiya üzrə işçi qrupunun 12-ci iclasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov deyib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan üçün ən sıx əməkdaşlıq edilən qurumlardan biridir:
“TDT çərçivəsində media sahəsində həyata keçirilən birgə layihələr, institusional əməkdaşlıq mexanizmləri və qarşılıqlı informasiya mübadiləsi türkdilli dövlətlər arasında vahid və dayanıqlı kommunikasiya məkanının formalaşmasına mühüm töhfə verir. İclasın gündəliyində yer alan məsələlər informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, dezinformasiya ilə mübarizədə birgə səylərin koordinasiyası, strateji kommunikasiya bacarıqlarının inkişafı və media sahəsində ortaq təşəbbüslərin daha səmərəli icrası baxımından yeni imkanlar yaradır”.
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 330
25 Mart 15:03
1 344