11:19
497
Dekabrın 10-da Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının (TŞ) katibi Ramil Usubov Özbəkistan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovla görüşüb.
Bu barədə APA-ya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, dünyada baş verən qarşıdurmaların, hərbi-siyasi çağırış və təhdidlərin artdığı müasir dövrdə əməkdaşlığın və birgə səylərin vacibliyi, prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin siyasi iradələrinə uyğun olaraq, iki qardaş ölkə arasında strateji tərəfdaşlığın, səmərəli işbirliyinin ən müxtəlif sahələr üzrə inkişaf etdiyi diqqətə çatdırılıb.
Söhbət zamanı hərbi və hərbi-texniki sahədə əlaqələrin daha da möhkəmləndirilməsinin, genişləndirilməsinin, o cümlədən qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi, bunun da təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Mərkəzi Asiyada sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində yeni imkanlar açacağına əminlik ifadə edilib.