Zaxarova: Ermənistanın KTMT-dəki iştirakının guya dondurulması sadəcə söz oyunudur
Overçuk: Ermənistan Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olacaq
Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü iclası Budapeştdə keçirilib
Rusiya ordusu Xarkov vilayətində iki yaşayış məntəqəsini nəzarətə götürüb
Budapeştdə Azərbaycan və Macarıstan XİN rəhbərlərinin görüşü keçirilir
19:16
602
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Abbasov Əli Feyzulla oğlu barəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə daxil olmuş vətəndaş müraciətləri əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən dekabrın 11-də Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul olunub.