Körpələr üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları təsdiqlənib
Türkdilli ölkələr arasında şahmat yarışının təşkilatçılığı yüksək qiymətləndirilib
Premyer Liqanın XV turunda "İmişli" "Karvan-Yevlax"la heç-heçəyə razılaşıb
Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir bönüş nöqtəsi idi
15:12
553
Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.
Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə məhkumla qısamüddətli görüşə gəlmiş həyat yoldaşının üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasında gizlədilmiş 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunaraq müəssisəyə keçirilməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", məlumatda deyilir.