İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
15 Dekabr 2025 15:15
2 156
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 18 dekabr 2025-ci il tarixində saat 09:00-da Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında (ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi, 1) Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarının və Naxçıvan şəhərinin sakinlərini qəbul edəcək.
Bu barədə Nazirlikdən bildirilib.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula 17 dekabr 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
25 Mart 17:27
1 316
25 Mart 15:08
1 316
25 Mart 15:03
1 323