Kreml Aİ liderlərinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyanatını şərh etməyib
Fitch Solutions: Azərbaycan enerji və geosiyasi üstünlüklərlə mövqelərini möhkəmləndirir
Vətən müharibəsi və antiterror əməliyyatında iştirak edənlər cəzalarından tam azad ediləcək
Amnistiya tətbiqi nəticəsində cəzası 6 ay azaldılacaq məhkumların dairəsi müəyyənləşib
Amnistiya ilə cəzanın müddətindən asılı olmayaraq azad ediləcək şəxslərin dairəsi məlum olub
11:19
833
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin dövlət satınalmalarının təhlili departamentinin daha iki əməkdaşı vəzifəsindən ayrılıb.
“APA-Economics”in əldə etdiyi məlumata görə, departamentdə baş məsləhətçi olaraq çalışan Əmral Qayıbov və böyük məsləhətçi olaraq çalışan İmleyla Ağazadə işdən çıxıb.
Qeyd edək ki, bundan bir neçə gün öncə həmin departamentin rəhbəri Elşən Həsənov və Agentliyin sədrinin müşaviri Əhməd Həsənov də vəzifələrindən ayrılıblar.
Məlumat üçün deyək ki, Ə.Həsənov sədrin müşaviri olmazdan əvvəl, yəni bu ilin mart ayına qədər qurumun dövlət satınalmalarına nəzarət departamentinin rəhbəri, E.Həsənov isə onun müavini olub. Ə.Həsənov müşavir təyin edildikdən sonra E.Həsənov dövlət satınalmalarının təhlili departamentinin rəhbəri vəzifəsinə təyinat alıb.