Şöbə rəisi: Bir sıra ərazilərdə yanğın təhlükəsizlik qaydalarının tələblərinin pozulma faktları aşkar edilib Hadisə

Şöbə rəisi: Bir sıra ərazilərdə yanğın təhlükəsizlik qaydalarının tələblərinin pozulma faktları aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti səlahiyyətləri çərçivəsində Bakı şəhərinin Səbail və Nizami rayonları da daxil olmaqla ölkənin bir sıra şəhər və rayonlarında yanğın, texniki müayinələr, keçirilib və müayinələr nəticəsində yanğın təhlükəsizlik qaydalarının tələblərinin pozuntuları faktları aşkar edilib.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Yanğın Nəzarət Xidmətinin şöbə rəisi, daxili xidmət kapitanı Əlibala Əlizadə bildirib.

"Belə ki, gördüyünüz kimi propan qaz balonlarından istifadə aşkarlanıb və həmin balonlar sakinlərə vətəndaşlara xəbərdarlıq olunaraq ətrafa çıxarılıb. Qeyd edək ki, belə balonların istifadəsi çoxmərtəbəli yaşayış binalarının altında yerləşən iaşə obyektlərində qanunla qadağan olunur və belə hallara yol verən şəxslər barəsində inzibati qaydada məsuliyyət tədbirləri nəzərdə tutulur. Onu da qeyd edək ki, əgər yanğın və ya partlayış hadisələri baş verərsə, bu tələblər cinayət məsuliyyətinə gətirib çıxara bilir", - deyə o qeyd edib.