İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
23 Dekabr 2025 16:27
2 583
Siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq üzrə daha bir nəfər həbs edilib.
APA xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq üzrə sahibkar Ruslan Eyyubov saxlanılıb.
"NB Qrup” şirkətinin rəhbəri Ruslan Eyyubov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.
Ruslan Eyyubov həm də bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilmiş Həsən Eyyubovun qardaşıdır.
Bu istintaq çərçivəsində həmin idarənin 7 əməkdaşı barədə də həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ruslan Eyyubovun saxlanılması barədə ilkin xəbəri “Qafqazinfo” yayıb.
25 Mart 17:27
1 316
25 Mart 15:08
1 316
25 Mart 15:03
1 323