İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
24 Dekabr 2025 13:57
2 093
"Kanal 11" internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimovun barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Bu gün Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Kassasiya şikayəti qismən təmin edilib. Onun cəzası 2 il azaldılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla, 8 il müddətində azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən Teymur Kərimovun cəzasını 1 il azaltmışdı.
Qeyd edək ki, Teymur Kərimov və onunla birgə ittiham olunan İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Onunla birgə ittiham olunan İstək Totiyevaya isə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 323
25 Mart 15:03
1 330