Ukrayna Silahlı Qüvvələri Dağıstanın humanitar karvanını vurub, üç nəfər ölüb
İsrailin pilotsuz təyyarəsi Livanda iki Hizbullah döyüşçüsünü öldürüb
Azərbaycanda elektron siqaretlərlə bağlı qadağaların tətbiqi müddəti dəyişir
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Rəsmi Moskva: Qərbdəki aktivlərimizin müsadirəsinə cavabımız olduqca sərt olacaq
11:21
637
2026-cı ildə Günəş və Ay tutulmalarının tarixləri açıqlanıb.
Bu barədə APA-ya Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, 2026-cı ildə iki Günəş və iki Ay tutulması müşahidə olunacaq.
“İlin ilk tutulması 17 fevralda baş verəcək. Bu, halqalı Günəş tutulması olacaq. Növbəti tutulma 3 mart tarixində qeydə alınacaq. Həmin gün tam Ay tutulması müşahidə olunacaq. 12 avqustda isə tam Günəş tutulması baş verəcək. İlin son tutulması 28 avqust tarixində olacaq. Bu, qismən Ay tutulması kimi müşahidə ediləcək”, - məlumatda qeyd olunub.