“Problem sosial şəbəkələrin müxtəlif cinayətlərin alətinə çevrilməsidir”-Zahid Oruc
İbtidai sinif müəllimliyi üzrə peşə tanınmasında namizədlərdən 83 faizi uğursuz nəticə əldə edib
Kamboca Taylandın F-16 qırıcıları və zirehli texnikası ilə hücum etdiyini iddia edib
Gürcüstanın Baş naziri Aİ ilə münasibətləri yaxşılaşdırmağa çağırıb
10:20
735
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.
İdarədən verilən xəbərə görə, müraciətdə deyilir:
"Hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunur. Gecə və səhər saatlarında havanın yağmurlu olması, bəzi dağlıq ərazilərdə yolların buz bağlaması isə yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də yük və sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı, sürət həddini nəzarətdə saxlamağı, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edir.
Hər bir yol hərəkəti iştirakçısını onların mənzil başına təhlükəsiz çatması üçün DYP tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərə dəstək olmağa, səfərlərimizin xoş təəssüratlarla yadda qalması üçün qaydalara qeyd-şərtsiz əməl etməyə çağırırıq!"