12:48
812
"Ailəmiz Xocalıdan məcburi köçkün düşüb. Mən 1998-ci ildə Biləsuvar rayonunda anadan olmuşam. Bu gün isə doğma Xocalıya qayıdışın sevincini yaşayırıq”.
APA xəbər verir ki, bunu bu gün Xocalı rayonunun Seyidbəyli kəndinə köç edən Mirsultan İbrahimov deyib.
“Məcburi köçkünlük dövründə çox əzab əziyyətlər çəkmişik. Bu günə şükürlər olsun. Cənab Ali Baş Komandan bizə bu şəraiti yaradıb, doğma yurda dönürük. Şəhidlərin ruhu, qazilərin qarşısında baş əyirik. Onlara hər zaman minnətdar olacağıq. Şəhid adını yaşatmaq üçün Milli qəhrəman Mübariz İbrahimovun şərəfinə övladıma Mübariz adı vermişəm. İndi o da baba yurduna - Xocalıya qayıdır", deyə Mirsultan İbrahimov bildirib.