Ucarda 14 nəfər zəhərlənib - YENİLƏNİB Hadisə

Ucarda 14 nəfər zəhərlənib - YENİLƏNİB

Ucarda kütləvi şəkildə qida zəhərlənməsi ilə bağlı prokurorluğa məlumat daxil olub.

Baş Prokurorluqdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Əlavə məlumatın veriləcəyi bildirilib.

***

16:42

Dekabrın 30-da saat 11:00 radələrindən etibarən zəhərlənmə şübhəsilə 14 nəfər (3 kişi, 11 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın soğusuna cavab olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.