Azərbaycanda vəkillərin sayı açıqlanıb Hadisə

Azərbaycanda vəkillərin sayı açıqlanıb

2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2 836 nəfərə çatıb.

Bu barədə Vəkillər Kollegiyasının 2025-ci il hesabatıənda qeyd edilib.

Bildirilib ki, hazırda fəaliyyət göstərən 2 836 vəkildən 2 203 nəfəri kişi, 633 nəfəri isə qadındır. Onlardan 2 314 nəfəri Bakıda, 522 nəfəri isə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir.

Həmçinin kollegiyada 400-dən artıq vəkil köməkçiləri fəaliyyət göstərir.