12:55
721
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda, Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, Fərid Mirzəyevin idarə etdiyi “Chevrolet” markalı avtomobil yük avtomobilinə çırpılıb. Hadisə zamanı minik avtomobilində olan sərnişinlər – 20 yaşlı Səma Mirzəyeva və onun 24 yaşlı qardaşı Ramal Mirzəyev hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.