İsrail Hərbi Hava Qüvvələrinin komandanı İrana qarşı əməliyyatlarda iştirak edib
Tramp: Üç gündə İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisini məhv etdik
Liviya Prezident Şurasının Sədri Azərbaycan liderinə zəng edib, İranın hücumunu qınayıb
Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır
10 Fevral 10:38
1 204
Kustar üsulla hazırlanmış, müəyyən standartlara cavab verməyən qurğular qeydiyyata alınmır. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi tərəfindən istismarına icazə verilmir. Müəyyən məhdudlaşdırma tədbirləri həyata keçirilir.
APA xəbər verir ki, bu barədə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən 2025-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransında agentliyin rəisi Vüsal Ağayev bildirib: "Yanacaqdoldurma məntəqələri təhlükə potensiallı obyekt hesab olunur. 2025-ci ildə 1016 yanacaqdoldurma məntəqəsində monitorinq aparılıb. Yoxlamalar əsasında 35 yanacaqdoldurma məntəqəsinin istismarı məhdudlaşdırılıb. 33 yanacaqdoldurma məntəqəsi cərimə edilib".