İsrail Hərbi Hava Qüvvələrinin komandanı İrana qarşı əməliyyatlarda iştirak edib
Tramp: Üç gündə İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisini məhv etdik
Liviya Prezident Şurasının Sədri Azərbaycan liderinə zəng edib, İranın hücumunu qınayıb
Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır
10 Fevral 10:58
1 330
Fevralın 10-u saat 10:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır.
Qar örtüyünün hündürlüyü Şahbuzda 37, Qaxda (Sarıbaş) 25, Qrızda 6, Şahdağda 4, Xaltanda 3, Şəki (Kişçay), Xızı və Qusarda 2, Göygöl, Daşkəsən, Kəlbəcər və Qubada 1 sm-dir.
Düşən yağıntının miqdarı Ordubadda 6, Naxçıvan və Sədərəkdə 4, Şərur, Şabran, Astara və Yardımlıda 3, Culfa, Şəmkir, Lerik və Lənkəranda 2, Gədəbəy, Laçın, Qubadlı, Gəncə, Tovuz, Balakən, Zaqatala, Xaçmaz, Mingəçevir, Sabirabad, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Şahdağ və Neftçalada 20, Daşkəsən və Naftalanda 18, Şəkidə 15 m/s-dək güclənir.
Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Tərtər, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.