“NATO-nun strateji əhəmiyyəti dəyişmir”
13 Mart 21:31
13 Mart 21:31
13 Mart 21:24
11 Fevral 08:52
1 470
Ötən gündən etibarən Qobustan, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında qar müşahidə olunur. Fasilələrlə yağan qar səhər saatlarından etibarən daha da intensivləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, güclü qar səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yoluna canlı qüvvə və xüsusi texnika cəlb olunub. Hazırda ciddi problem qeydə alınmasa da, yolların buz bağlama ehtimalı var.
Bakı–Şamaxı–Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində, sərt enişli-yoxuşlu və dolaylı ərazilərdə, həmçinin İsmayıllı–Lahıc və Muğanlı–İsmayıllı avtomobil yollarında buzlaşma müşahidə edilir.
Sürücülərə ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və zərurət olmadıqda yaxın iki gün ərzində uzaq səfərləri təxirə salmaları tövsiyə olunur.
13 Mart 19:49
1 043
13 Mart 19:48
1 050
13 Mart 18:15
1 106