İran danışıqlarda ABŞ-dan bütün sanksiyaların ləğvini tələb edib
Pakistanda daha bir terror aktı törədilib: 11 təhlükəsizlik əməkdaşı həlak olub
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
XİN: Qaradağlı qətliamı insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq
İran XİN: Atom üzrə ABŞ-la istənilən razılaşmada MAQATE mühüm rol oynayacaq
14:20
868
Prokuror Rusiyanın Ural bölgəsində Azərbaycan diasporunun lideri Şahin Şıxlinskiyə 23 il müddətinə həbs cəzası istəyib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Sverdlovsk vilayət məhkəməsində Şıxlinski və Səfərov qardaşlarının cinayət işi üzrə məhkəmə istintaqının başa çatdığı, dövlət ittihamçısının çıxış etdiyi bildirilib.
Prokuror Şahin Şıxlinskinin 23 il, Akif Səfərovun 23 il, Ayaz Səfərov 22 il, Kamal Səfərovun 18 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.
Bakir və Məzahir Səfərovlara 13 il, Şücaəddin Rəcəbova isə 15 il həbs cəzası tələb olunub.
Qeyd edək ki, ötən həftə məhkəmənin andlılar kollegiyası Şıxlinski və digərləri barəsində ittiham hökmü çıxarıb və onların güzəştə layiq olmadıqları qənaətinə gəlib. İttiham tərəfi hesab edir ki, təqsirləndirilən şəxslər 2001-ci ildə Yunis Paşayevin qətlinin təşkilində və 2010-cu ildə iş adamı Feyruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak ediblər.
Xatırladaq ki, Şahin Şıxlınski barəsində Rusiya Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə), həmçinin sifarişli qətlə cəhd maddələri ilə cinayət işi açılıb.
Ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatlarını itiriblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Eyni zamanda, Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski iyulun 2-də saxlanılıb. Hərbi geyimdə maskada və üzərində tanınma nişanı olmayan hüquq-mühafizə orqanlarının əməkdaşları Şıxlinskinin içərisində olduğu avtomobilin qarşısını küçənin ortasında kəsiblər və zor tətbiq edərək Şahin Şıxlinski və oğlu Mutvalını avtomobildən endirərək yerə yıxıb qandallayıblar. Mutvalı Şıxlinski saxlanılandan 15 dəqiqə sonra sərbəst buraxılıb. Şahin Şıxlinski isə İstintaq İdarəsində bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.
Daha sonra hüquq-mühafizə orqanları Şıxlinskilərə saxlanıldıqları zamanı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmək maddəsi ilə cinayət işi açıb. Məlum cinayət işi üzrə iyulun 16-da Mutvalı Şıxlinski saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib. Şahin Şıxlinski isə axtarışa verilib. Avqustun 2-də isə Şahin Şıxlinski də Moskvada saxlanılaraq Yekaterinburqa etap olunub.
14:49
658
14:47
651
14:45
700