İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
23 Fevral 17:59
1 785
ABŞ-ın Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin sabiq məsul əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Rafiq Göyüşova 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Qeyd edək ki, təqsirləndirilən Rafiq Göyüşov xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin dələduzluq yolu ilə ələ keçirilməsində ittiham edilir. O, ümumilikdə yarım milyon manatdan çox vəsaiti qanunsuz olaraq ələ keçirməkdə ittiham olunub.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 330
25 Mart 15:03
1 344