Avstraliya Baş naziri bir neçə saatlıq iqamətgahından təxliyə edilib
Gürcüstan parlamentinin komitə sədri: Azərbaycan-Ermənistan normallaşmasını tam dəstəkləyirik
Zelenski: Yeni danışıqlar raundu 7–10 gün ərzində gözlənilir
ADY: Dayanıqlı Orta Dəhliz üçün daha güclü regional əlaqələndirmə vacibdir
Fuad Oktay: TRIPP bütün region, o cümlədən Gürcüstan üçün faydalı olacaq
15:23
714
Bakıda 13 kiloqram narkotik dövriyyədən çıxarılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini, 61 yaşlı Elman İmanov saxlanılıb. Onun üzərindən 4 kiloqram 745 qram marixuana aşkar edilərək götürülüb.
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 39 yaşlı Taleh Bağırov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan satış məqsədilə qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram 413 qram olan heroin, tiryək, marixuana və psixotrop maddə — metamfetamin aşkarlanaraq götürülüb.
Müəyyən edilib ki, E. İmanov və T. Bağırov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.