12:50
602
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə 2–6 mart tarixlərində Türkiyə Respublikasında yaşayan azərbaycanlı soydaşlarımız üçün İstanbul, Qars və İğdır şəhərlərində Ramazan ayı münasibətilə iftar süfrələri təşkil olunacaq.
Fondun Nizamnaməsinə uyğun olaraq, xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmin olunması istiqamətində sosial layihə kimi nəzərdə tutulan iftar süfrələri soydaşlarımız arasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə, Azərbaycan dövləti ilə əlaqələrinin gücləndirilməsinə, Ramazan ayının fəlsəfəsinə əsaslanan mənəvi-əxlaqi dəyərlərin təşviqinə, Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafına xidmət edir.
Tədbirlərdə soydaşlarımızla yanaşı, Türkiyə Respublikasının müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də dini icmaların rəhbər və təmsilçiləri iştirak edəcək.
Cavid