İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
27 Fevral 12:57
1 673
Xocavənd rayonunun ərazisi 1,51 min kvadratkilometrdir. Əhalisinin sayı isə 12 min 500 nəfərdir. Rayonun ərazi vahidinə 1 şəhər, 2 qəsəbə və 80 kənd daxildir. Xocavənddə 980 fərdi ev mövcuddur, onlardan 133-ü yararsız, 847-si isə qismən yararlıdır.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu barədə bu gün rayona təşkil olunan media-turda Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli bildirib.
Qeyd edilib ki, qismən yararlı evlərdən 55-i artıq istismara hazırdır. Bu il ərzində daha 792 ev təmir ediləcək:
"Bir müddət əvvəl Xocavənd şəhərinə 50 ailə - 194 nəfər qayıdıb. Ötən ilin sentyabrından indiyədək isə Xocavəndin 5 yaşayış məntəqəsinə - Xocavənd şəhərinə 194 nəfər, Qırmızı Bazar qəsəbəsinə 604 nəfər, Sos kəndinə 360 nəfər, Hadrut qəsəbəsinə 233 nəfər, Xocavənd kəndinə isə 94 nəfər olmaqla, ümumilikdə 1485 nəfərin - 355 ailənin qayıdışı təmin edilib."
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 330
25 Mart 15:03
1 344






