İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
27 Fevral 15:39
1 911
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus, ümumilikdə 347 qram qızılın paylama üsulu ilə gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, Şarja-Doha-Bakı aviareyisi ilə gələn 4 nəfər Azərbaycan Respublikası vətəndaşları “yaşıl kanal” vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən əsaslı gömrük yoxlamasına cəlb edilib.
Baxış zamanı sərnişinlərdən gömrük orqanına bəyan edilməyən, ümumilikdə 300 qram “Pump” markalı qızıl külçələr və 47 qram qızıl qolbaqlar aşkar edilib.
İlkin araşdırma zamanı aşkar edilən predmetlərin başqasına məxsus olduğu, onlara Azərbaycan Respublikasına gətirmələri və gömrük nəzarətindən keçirmələri üçün xarici ölkədə verildiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
25 Mart 17:27
1 302
25 Mart 15:08
1 309
25 Mart 15:03
1 316