İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
3 Mart 18:24
1 876
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.
Nazirliyin mətbuat xidmətindən xalqcebhesi.az-a verilən xəbərə görə, Nazirlik yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən açıqlanmış səsvermənin nəticələrinə əsasən, namizədliyini irəli sürmüş 16 nəfərdən 11-i səs çoxluğu qazanaraq İctimai Şuraya üzv seçilib.
Seçkilərin yekun nəticələrinə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura aşağıdakı tərkibdə formalaşıb:
1. Amin Məmmədov - “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyi
2. Elman Yusifov - “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyi
3. Elşad Əsgərov - “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi
4. Firuzə Sultan-zadə - “Ekosfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi
5. İmran Əbdülov - “Dalğa” Ekologiya və Təbiətin Qorunması İctimai Birliyi
6. Müqabil Bayramov - “Azərbaycan Kartoqrafları” İctimai Birliyi
7. Tükəzban Ağababayeva - “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi
8. Ülvi Məmmədov - IDEA İctimai Birliyi
9. Yusif Abiyev - “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyi
10. Yusif Poladov - “Qırmızı Ürəklər” Fondu
11. Zurab İsrafilov - “Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İctimai Birliyi.
25 Mart 17:27
1 316
25 Mart 15:08
1 316
25 Mart 15:03
1 323