İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
5 Mart 11:07
1 708
Qars-İğdır-Aralık-Dilucu dəmir yolu layihəsi ilə bağlı tikinti işləri davam edir.
Bu barədə APA-nın Türkiyə bürosuna Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev məlumat verib.
Onun sözlərinə görə, Qars-İğdır-Aralık-Dilucu yüksək standartlı dəmir yolu layihəsi üzrə Kilittaş tikinti sahəsi qurulub.
Baş konsul bildirib ki, tikinti sahəsində ümumilikdə 1 500 nəfər çalışır. Layihə üzrə ümumi uzunluğu 11,5 km olan 5 tunelin və Diqor, Tuzluca, İğdır, Aralık və Dilucu üzrə 5 stansiyanın inşası nəzərdə tutulur: “23 üst keçid və ümumi uzunluğu 6842 metr olan 4 viaduk tikiləcək. Qatarların maksimal sürəti saatda 160 kilometr olacaq. Xətlərdə 24 min kilovolt gərginlik tətbiq ediləcək və bunun üçün 6 transformatorun quraşdırılması planlaşdırılır”.
Zamin Əliyev qeyd edib ki, tikintinin 24 sentyabr 2029-cu ildə tamamlanması planlaşdırılır.
25 Mart 17:27
1 309
25 Mart 15:08
1 309
25 Mart 15:03
1 316



