Gəncədə atasını qətlə yetirən 17 yaşlı yeniyetmə saxlanılıb, cinayət işi başlanıb - FOTO Hadisə

Gəncədə atasını qətlə yetirən 17 yaşlı yeniyetmə saxlanılıb, cinayət işi başlanıb  - FOTO

Martın 12-də Gəncə şəhər sakini Elçin Nağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan APA-ya verilən xəbərə görə, ilkin araşdırmalarla E.Nağıyevin yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

***

07:17

Gəncədə atasını qətlə yetirməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində atası, 44 yaşlı Elçin Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 17 yaşlı Kənan Nağıyev saxlanılıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.


***
06:40

Gəncə şəhərində güllələnmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, oğul atasını odlu silahla güllələyərək qətlə yetirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gəncədə atasını qətlə yetirən 17 yaşlı yeniyetmə saxlanılıb, cinayət işi başlanıb - YENİLƏNİB-1  - FOTO Gəncədə atasını qətlə yetirən 17 yaşlı yeniyetmə saxlanılıb, cinayət işi başlanıb - YENİLƏNİB-1  - FOTO