18:15
700
Ağstafada İsrafil ağanın evi bərpa olunacaq.
APA xəbər verir ki, bu, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Bildirilib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi və əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə abidəyə ("İsrafil ağanın evində) yerində baxış keçirib, abidənin bərpası üçün növbəti illərin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) hesabına həyata keçiriləcək layihələrin siyahısına salınması barədə aidiyyəti üzrə təklif verilib.
Qeyd edək ki, Qazax mahalının məşhur ağalarından, xeyriyyəçi insanlarından olmuş İsrafil ağa Kərbalayevin evi Ağstafanın Qıraq Kəsəmən kəndində yerləşir. İsrafil ağa Kərbalayevin evi XIX əsrin sonlarında kəndin ən hündür yerində inşa olunub. Ev həmin dövrdə kirəc və əhəng suyunun qarışığı ilə tikilib. Sovet hakimiyyəti qurulduqdan sonra tikilidən tibb məntəqəsi, kitabxana, klub kimi istifadə edilib.
16:14
798
15:44
945
13:28
1 106