11:47
735
Attestasiya prosesi incəsənət məktəbləri üzrə 12 mindən artıq təhsilverəni əhatə edir.
Bunu bu gün mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin təşkil etdiyi “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə zamanı deyib.
Nazir bildirib ki, ilk dəfə olaraq ötən il incəsənət məktəblərində çalışan 4 min müəllimin bilik və bacarıqları obyektiv şəkildə qiymətləndirilib: “Bu il isə daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq. Artıq fevral ayından bu prosesə başlanılıb. Beləliklə, ölkə üzrə fəaliyyət göstərən 237 incəsənət məktəbində çalışan 12 mindən artıq müəllimin səriştəsinin qiymətləndirilməsi prosesi bu il tamamlanmış olacaq. Ötən il attestasiya prosesində iştirak edən təxminən 4 min müəllimin 80 faizi bu mərhələni uğurla keçib. Bu göstərici bir tərəfdən sistemdə mövcud olan sağlam pedaqoji potensialı, digər tərəfdən isə inkişaf tələb edən sahələri aydın şəkildə ortaya qoyur”.