10:51
756
Qubada iki şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorlıuğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 18-də Quba rayonu Zizik kəndində 1966-cı il təvəllüdlü Ceyhun Ağasiyev və 1970-ci il təvəllüdlü Gülgəz Ağasiyevanın ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Ceyhun Ağasiyevin Gülgəz Ağasiyevanı qəsdən öldürdükdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
***
18 mart, 21.58
Martın 18-də Quba rayonunun Zizik kəndində ağır cinayət hadisəsi qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1966-cı il təvəllüdlü Ağasiyev Ceyhun İsmayıl oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1970-ci il təvəllüdlü Ağasiyeva Gülgəz Rahib qızını qətlə yetirib.
Hadisədən qısa müddət sonra Ceyhun Ağasiyevin həyatına son qoyduğu aşkar edilib.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır, hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.