İran Küveytə hücum edib
12:13
11:54
700
Ramazan ayı ərəfəsində, mənəvi dəyərlərin, mərhəmət və həmrəyliyin xüsusi önəm daşıdığı bu müqəddəs günlərdə, Benilüks Azərbaycanlıları Konqresi/Benelux Azerbaijanis Congress nin dəstəyi ilə şəhid ailələri ziyarət edilib .
Bu ziyarətin əsas məqsədi Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrinə mənəvi dəstək göstərmək, onların qayğıları ilə yaxından maraqlanmaq və onlara dərin ehtiramımızı ifadə etməkdir.
Görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi böyük hörmət və minnətdarlıq hissi ilə yad edildi, onların göstərdiyi şücaət və fədakarlığın xalqımız üçün nə qədər dəyərli olduğu bir daha vurğulandı. Eyni zamanda, ailə üzvləri ilə səmimi söhbətlər aparıldı, onların gündəlik problemləri dinlənildi və bu istiqamətdə mümkün dəstəyin davamlı olacağı bildirildi.
Bu cür təşəbbüslər cəmiyyətimizdə birlik, həmrəylik və milli dəyərlərə bağlılığın gücləndirilməsinə xidmət edir. Şəhid ailələrinə diqqət və qayğının göstərilməsi hər birimizin vətəndaşlıq borcu olmaqla yanaşı, həm də gələcək nəsillərə ötürülməsi vacib olan mənəvi məsuliyyətdir.
Cavid




