Gülşən Rzayeva: Birgə əməkdaşlıq nəticəsində mənzil böhranı aradan qaldırıla bilər Hadisə

Gülşən Rzayeva: Birgə əməkdaşlıq nəticəsində mənzil böhranı aradan qaldırıla bilər

Birgə əməkdaşlıq nəticəsində mənzil böhranı aradan qaldırıla bilər.

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Assambleyaların Birgə Bağlanışı" zamanı bildirib.

Onun sözlərinə görə, artıq uşaqlar, qadınlar da bu prosesdə aktiv iştirak edir. Qadınların, gənclərin iştirakı olmadan bu proses mümkün deyil.

"İnnovasiya, sərmayə, texnologiya inkişafın özünü görmək üçün alt sütun olmalıdır", - Gülşən Rzayeva qeyd edib.